Daxil ol / Qeydiyyat
Login
Menu
Mərkəz haqqında
Mərkəz haqqında
Təlim mərkəzi haqqında
Salamlama
Təlimlər
Kurslara dair məlumat
Kurslara qeydiyyat
Mənim kursum
Mürəciət olunmuş təlim
Sistemdən istifadə
Kursa dair davamiyyət
İstifadə bələdçisi
Tez-tez verilən suallar
İstifadəçi bələdçisi
Elanlar
Əlaqə
Elanlar
Əsas səhifə (home) >
Elanlar
list
Mərkəzimizdə “Qadınların İKT sahəsində rolu” mövzusunda tədbir keçirildi.
24.03.2017 13:24:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində (EHTTM) 8 Mart Beynəlxalq
Qadınlar Günü münasibətilə "Qadınların İKT sahəsində rolu" mövzusunda tədbir keçirilib. Bakı və Gəncə şəhərindən 50-yə yaxın gənc
xanımın qatıldığı tədbir qadınların İKT sahəsinə marağının yaradılması və bu sahədə karyera qurmaq imkanlarının təbliği məqsədi
daşıyıb.
Tədbirdə Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov nazirliyin xanımlar üçün təqdim etdiyi üstünlüklər, eləcə də EHTTM tərəfindən reallaşdırılan təlimlərlə bağlı məlumat verib.
Daha sonra İKT sahəsində uğur qazanmış qadınlar, o cümlədən "Femmes Digitales" klubunun təsisçilərindən Səbinə Məmmədli və
Şəbnəm Məmmədova, "MONT Azərbaycan" şirkətinin prezidenti Günel Səfərəliyeva, "WoWoman" klubunun nümayəndəsi Kəmalə
İsmayılova, gənclər təşkilatlarının nümayəndələri Aygün Həsənzadə və Səmayə İbrahimova təqdimatlarla çıxış ediblər.
Tədbirin təşkilinə dəstək verən "Gənc sahibkarlar şəbəkəsi" təşkilatının rəhbəri Xəyalə Məmmədova isə qadınların sahibkarlıq
imkanları, eləcə də İKT sahəsində uğur qazanmış qadın startapçılar haqda məlumat verib.
Gəncədən telekonfrans vasitəsilə tədbirə qoşulan xanımlar onlar üçün yaradılan bu imkandan məmnun olduqlarını bildiriblər.
Tədbirin sonunda tərəfdaş təşkilatlar tərəfindən xanımlara hədiyyələr təqdim edilib.
Fayl
20170310110452_121.png
Elan siyahısı