Elanlar

Əsas səhifə (home) > Elanlar
list
Şəbəkə İnzibatçılığı üzrə təlimlərə start verilir! 11.09.2018 11:28:32
Elektron Hökumət Təlim-Tədris Mərkəzində Şəbəkə İnzibatçılığı üzrə təlimlərə start verilir

Elektron Hökumət Təlim-Tədris Mərkəzi informasiya texnologiyaları sahəsi üzrə daha keyfiyyətli tədris vermək məqsədilə Cisco
şirkətinin rəsmi “Şəbəkə Akademiyası” statusunu qazanmışdır. Mərkəzdə yaradılan “Şəbəkə Akademiyası”nda şəbəkə inzibatçılığı
üzrə təlimlərə start verilir.

Mərkəzimizdə keçiriləcək təlimlər sayəsində tələbələr “Cisco sertifikatlı şəbəkə mütəxəssisi” (CCNA) statusunu qazanmaq üçün
beynəlxalq imtahanlara hazırlaşa biləcək və real tədris laboratoriyası üzərində praktiki biliklər qazanacaqlar.

Təlimləri fərqlənmə ilə bitirən tələbələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Cisco Şəbəkə Akademiyası"nın
sertifikatına sahib olacaqlar ki, bu da öz növbəsində onlar üçün çoxlu sayda karyera imkanları yaratmış olacaqdır.

İştirakçılar: İT texniklik biliklərinə malik olan mütəxəssislər

Texnologiya: Cisco şəbəkə texnologiyaları

Dərs metodu: Təlimçi rəhbərliyi ilə sinif dərsləri, virtual və real laboratoriya tapşırıqları

Müddət: 48 saat – 3 ay

Təlim dili: Azərbaycan

Dərslik: Cisco rəsmi ingilis dilində olan dərslik

Təlimin qiyməti (aylıq):
- 200 azn (əsas qiymət)
- 150 azn (Güzəştli)

QEYD: Güzəştli qiymətlər yalnız tələbələrə, rabitə işçiləri və övladlarına, dövlət qulluqçuları və övladlarına şamil olunur.


Ətraflı məlumat üçün:
Bizimlə (012, 077) 5050113 nömrəli telefonlar və info@e-training.az e-poçt vasitəsilə əlaqə saxlayın.



Fayl 20180116103804_shebeke_inzibatciligi1.png