Elanlar

Əsas səhifə (home) > Elanlar
list
"Qadınların İKT sahəsində rolu" mövzusunda tədbir keçiriləcək. 09.03.2017 18:44:00
“8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Elektron
Hökumət Təlim-Tədris Mərkəzində qadınlar üçün “Qadınların İKT sahəsində rolu” mövzusunda tədbir keçiriləcək.

Ölkəmizin bütün sahələrində olduğu kimi dinamik və rəqabətli İKT sektorunun inkişafında xidmət göstərən peşəkar qadınların aparıcı
rolu əvəzsizdir. Bütün dünyada olduğu kimi ölkəmizdə xanımların İKTsahəsində uğur qazanmaqları üçün geniş imkanlar yaradılır və
bunun üçün onlara lazımi dəstək verilir.

Tədbir xanımların İKT sahəsinə marağının yaradılması və bu sahədə karyera qurmaq imkanlarının təbliği məqsədilə təşkil edilir.
Tədbirdə uğur qazanmış qadınların və məşhur qadın startapçılarının təqdimatları nəzərdə tutulub.

Bu sahədə ilk atdımlarını atan xanımlar tədbirə qatılmaqla uğur qazanmağın yollarını öyrənəcəklər.

Eyni zamanda, Gəncədə fəaliyyət göstərən xanımlar Elektron Hökumət Təlim-Tədris Mərkəzin Gəncədə yerləşən regional
mərkəzində iştirak etməklə telekonfrans vasitəsilə tədbirə qatılmaq imkanı qazanacaqlar.

Tədbir 7 mart saat 14:00-da başlayacaqdır. İKT sahəsinə marağı olan xanımlar tədbirə dəvətlidir.




Fayl 20170302102629_ikt_qadinlar_sayt_ucun.png