Elanlar

Əsas səhifə (home) > Elanlar
list
“İT karyerasının inkişafı” mövzusunda seminar keçiriləcəkdir. 03.03.2017 11:35:46
İnformasiya texnologiyaları sahəsində karyera qurmaq istəyən tələbələrlə görüşlər keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən mütəmadi olaraq universitet tələbələri ilə görüşlər keçiriləcək.

Görüşlərin təşkilində əsas məqsəd tələbələrin informasiya texnologiyalar sahəsinə marağının artırılması və sahə üzrə karyera qurmaq istəyənlərə ətraflı məlumatların verilməsidir. Tələbələrə nazirliyin həyata keçirdiyi layihələr, o cümlədən elektron hökumət həlləri
barəsində geniş məlumat veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq.

28 fevral saat 14:00-da Azərbaycan Dövlər İqtisad Universitetinin tələbələri öz universitetlərində keçiriləcək seminarlara qatıla bilərlər.

“İT karyerasının inkişafı” mövzusunda keçirilən seminarlarda bütün tələbələri gözləyirik.


Fayl 20170227143531_seminar_iqtisad_sayt_ucun.png