Elanlar

Əsas səhifə (home) > Elanlar
list
Elektron Hökumət üzrə onlayn təlim 11.09.2018 11:29:49
Dəyərli dostlar!

Ölkəmizdə “Elektron Hökumət” sahəsi üzrə son illər aparılan işlər elektron xidmətlərin inkişafına və tanınmasına şərait yaratmışdır.
Əhalinin bütün qrupları elektron xidmətlərdən istifadə etməklə tez və rahat şəkildə dövlət xidmətlərindən istifadə etmək imkanı
qazanırlar.

Elektron Hökumət Təlim-Tədris Mərkəzi bu işlərin davamı olaraq, əhalinin elektron xidmətlərdən istifadə bacarıqlarının artırılması,
elektron xidmətlər haqqında məlumatların yayılması və ümumilikdə elektron idarəçilik üzrə biliklərin inkişafı üçün silsilə təlimlər
keçirtməyi nəzərdə tutmuşdur.

Ödənişsiz əsaslar ilə keçirilən təlimlər əhalinin, sahibkarların və dövlət qulluqçularının maarifləndirilməsində xüsusi önəm kəsb
edəcəkdir.

Elektron Hökumət Təlim-Tədris Mərkəzi fevral ayından etibarən onlayn təlimlərin keçirilməsinə start verir. Bu təlimlərdə iştirak etmək
istəyən vətəndaşlar www.e-training.az saytında qeydiyyatdan keçməklə təlimə qatıla bilərlər. Ətraflı məlumat üçün (012) 505-01-13
nömrəli telefonla əlaqə saxlaya və www.e-training.az saytına baxa bilərsiniz.



Fayl 20170222164622_elektron_hokumet.png