Elanlar

Əsas səhifə (home) > Elanlar
list
İT sahəsində karyera qurmağın yeni məkanı 28.03.2017 02:44:06
Məlumat verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində Elektron Hökumət Təlim-Tədris Mərkəzi
əhaliyə İKT üzrə təlimlər keçir.

Belə ki, Mərkəz dövlət müəssisələrinin işçiləri və digər maraqlı tərəflərin İKT üzrə bilik və bacarıqlarının artırılması, e-hökumət həllərinin inkişafı, informasiya təhlükəsizliyi üzrə nəzəri və praktiki biliklərə yiyələnməsi, onlara lazımi metodiki köməkliyin göstərilməsi və
digər xidmətlər həyata keçirir.

Elektron Hökumət Təlim-Tədris Mərkəzi Bakı şəhəri Yasamal rayonu Şərifzadə 241 ünvanında yerləşir. Burada Mərkəz üçün yeni
imkanlar və şərait yaradılıb.

Mərkəzin direktoru Rauf Cabarov deyir ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzi Koreya Respublikası ilə qrant razılaşması
nəticəsində yaradılıb:

“2013-cü ildə “Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə “Koreya Respublikasının Xarici İşlər
Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Qrant razılaşması” imzalandı.
Mərkəzin bütün infrastrukturu 2015-ci ildə tam qurulub və istifadəyə verilib. Hazırda Mərkəzin əsas inzibati binası Bakı şəhərində
yerləşməklə ölkənin digər 15 regionunda cəmi 17 mərkəz fəaliyyət göstərir.
Mərkəzin Bakı şəhərində yerləşən studiyasında təşkil edilən peşəkar təlimlərin, ölkənin digər 15 regionuna telekonfrans formatında
təqdim edilməsi mümkündür. 2015-ci ildən etibarən Mərkəzdə qısamüddətli təlimlər keçirilir. E-hökumət və informasiya texnologiyaları
sahəsində insanların biliklərinin artırılması, ölkəmizdə rəqəmli fərqliliyin azaldılması və əhalinin müasir texnologiyalardan daha səmərəli
istifadə edilməsi üçün maarifləndirmə tədbirlərinin davam etdirilməsi məqsədilə isə ötən il, dekabrın 17-də Nazirlər Kabinetinin qərarı
ilə RYTN daxilində Elektron Hökumət Təlim-Tədris Mərkəzi yaradıldı. Mərkəzin əsasnaməsi isə avqust ayında təsdiq edildi.
Artıq bu ildən xidmət sahəmizi genişləndirmişik”.

“Mərkəzdə 6 istiqamət üzrə İT təlimlər keçirilir”
Bunlar “Elektron hökümət”, “Ofis proqramları”, Sistem və Şəbəkə inzibatçılığı “, “İT texnik”, “Dizayn və Kodlaşdırma”, “İnsan resursları” sahələridir.

Rauf Cabarov deyir ki, təlimlər İT sahələr üzrə uzun və qısamüddətli olmaqla 2 kateqoriyaya bölünür. Onun sözlərinə görə,
qısamüddətli təlimlər ödənişsiz olur, uzunmüddətli təlimlərin isə öz xüsusi qiymətləri var.

Ödənişli təlimlər hanı sahələr üzrə təşkil edilir?

Mərkəz direktoru bu məsələyə aydınlıq gətirir:

“Bizim başlıca məqsədimiz İT sahəsini əhali arasında populyarlaşdırmaq, İT karyeranın qurulmasında tələbələrdə həvəs yaratmaqdır.
Buna uyğun olaraq əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin İT-dən istifadə sahəsində hazırlıq
səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqların inkişaf etdirilməsinə çalışırıq. Bununla yanaşı, gənclərin peşə
hazırlığının yüksəldilməsi, maraq dairələrinin genişləndirilməsi, məşğulluğuna dəstək göstərilməsi məqsədilə güzəştli əsaslarla İKT, kompüter və insan resurslarının inkişafı üzrə hazırlıq kursları ilə
Mərkəzi əhali üçün bilik məkanına çevirməyi hədəfləyirik. Hazırda həm Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları, eyni
zamanda elektron xidmətlər üzrə maraqlı tərəflərə ödənişsiz təlimlər keçirilir”.

Rauf Cabarov bildirir ki, elektron hökumət, e-xidmətlərdən istifadə sahəsi peşə deyil, bacarıqların inkişafıdır. Ona görə də bu sahə ilə bağlı həm dövlət qulluqçuları, həm dövlət işçiləri, həm də istənilən əhali qrupuna təlimlər ödənişsiz keçirilir.

İT sahəsində peşəyə yiyələnmək istəyənlər üçün yeni imkan

Məlumat alırıq ki, İT sahəsində keryara qurmaq istəyənlər üçün isə uzunmüddətli, ödənişli təlimlər təşkil edilir:

“ Bəzi insanlar İT üzrə peşə öyrənmək istəyir. Məsələn, onlar “İT Texniklik” , “Sistem İnzibatçılığı”, “Şəbəkə Texnologiyaları” üzrə
ixtisaslaşmaq istəyir. Bunun üçün də 1-2 gün yetərli deyil. Bu sahələr barədə bilik və bacarığa sahib olmaq aylarla vaxt tələb edir.
Bunu nəzərə alaraq, sırf İT peşəsi ilə bağlı təlimləri ödənişli təyin etmişik. Elə insan ola bilər ki, ümumiyyətlə bu sahəni sıfırdan öyrənmək
istəyər. Biz onlara haradan başlayacaqlarını izah edir, istiqamət göstəririk. Götürək elə “İT Texniklik” sahəsini, bu sahəni sıfırdan bir neçə aya öyrənmək olar, amma “Sistem İnzibatçılığı” üçün mütləq baza
bilikləri olmalıdır. Ona görə də, təlimlərə müraciət edən şəxslərdə bu baza biliklər yoxdursa, onlara məsləhət edirik ki, ilk olaraq“ İT Texniklik” sahəsindən başlasınlar. Orada inkişaf edib, daha sonra “Sistem
İnzibaçılığı”na keçə bilərlər.
Yəni, biz İT peşələri barədə insanlara məlumat veririk. Bəzən İT sahəsi deyəndə bir ixtisas yada düşür. Amma burada müxtəlif sahələr var. Məsələn, proqramlaşdırma daxilində yüzlərlə ixtisas var.

Həmçinin, “Sistem İnzibaçılığı”nda da onlarla ixtisas var. İnsanlara bu peşəni başa salırıq ki, onlar hansı istiqamətə gedə bilər. Bundan əlavə, İT sahəsini seçib, mütəxəssis olmaq istəməyən, sadəcə bu sahədə bilik əldə etmək istəyənlər üçün isə Ofis Proqramlarını tədris edirik”.

Mərkəzin rəsmisi deyir ki, bu günə qədər yalnız qısamüddətli təlimlər həyata keçirilib. Dekabrın 15-dən isə uzunmüddətli təlimlərə
başlanır:

Qeyd edildiyi kimi, indiyə qədər dövlət müəssisələri, rəsmi qurumlarda çalışan nümayəndələr üçün ödənişsiz təlimlər həyata keçirilib. Qrup şəkilində, ödənişli təlimlərə isə yeni başlanır.

Artıq uzunmüddətli təlimlər üçün kiçik miqyaslı qruplar müəyyən edilib və yaxın zamanda onların dərsləri başlayacaq.

Uzunmüddətli təlimlərin qiyməti isə bu şəkildə müəyyən edilib: “İT Texniklik”- İT HelpDesk qiyməti 89-119 AZN/ay, “Sistem İnzibatçılığı”
135-240 AZN/ay, “Microsoft Office proqramları” 50-70 AZN (bir proqram) .

Rauf Cabarovun sözlərinə görə, formalaşdırılan tədris qrupları əsasən tələbələrədən ibarətdir.
Mərkəz direktoru deyir ki, bu qiymətlər digər özəl təşkilatların təlim qiymətləri ilə müqayisədə ucuzdur.

Bununla yanaşı, ödənişli təlimlərdə müxtəlif əhali qruplarına güzəştlər də nəzərdə tutulub:

“Dövlət qulluqçuları, RYTN daxilindəki qurumların əməkdaşları üçün ödənişlərdə güzəştlər edilir. Tələbələr üçün həmişə 20-30 faiz
güzəşt olunur. Eyni zamanda, yuxarıda qeyd etdiyimiz əməkdaşların övladları üçün də endirmlər nəzərdə tutulub. Ümumiyyətlə, sosial
vəziyyəti aşağı olan bütün əhali qrupu üçün ödənişlərdə güzəşt edirik”.

Məlumata görə, Mərkəzdə fiziki imkanları məhdud, sosial müavinət alanlar və şəhid ailələrinin övladları üçün təlimlər ödənişsizdir:

“Təlimlərdə iştirak üçün fiziki imkanları məhdud insanlar bizə müraciət edərsə, onlar üçün ödəniş tələb edilmir. Düzdür, bu günə qədər belə müraciət almamışıq. Amma müraciət edilərsə, bunu nəzərə alacağıq və gələcəkdə sosial əsaslar ilə məhdud imkanlı şəxslərin
biliklərinin artırılması sahəsi üzrə təlimlərin keçirilməsi planlaşdırılır. Həmçinin, bizim təhsil informasiya portalı (www.e-training.az)
vasitəsilə məhdud imkanlı şəxslər onlayn təlimlər almaq imkanı qazanacaqlar”.

Rauf Cabarov təlimçilər barədə də ətraflı məlumat verib.

Onun sözlərinə görə, təlimçilər kənardan dəvət edilir. Onlar həm dövlət qurumlarının İT departemində çalışan mütəxəssislər, həm də
özəl şirkətlərin nümayəndələridir. Həmçinin universitet əməkdaşları da
bu işə maraq göstərir.

Mütəxəssislərin Mərkəzdə təlim keçməsi üçün mütləq beynəlxalq sertifikatı olmalıdır.

Öyrənirik ki, Mərkəzə qəbul edilən hər bir təlimçi haqda əvvəlcədən araşdırma aparılır. Bu sahədə daha çox nəzəri və praktik təcrübəsi olan şəxslər qəbul edilir.

Qeyd edək ki, Mərkəzin təlimlərində iştirak hüququ qazanmaq üçün də qısa müsahibələr təşkil edilir. Belə ki, mütəxəssislər müraciət
edənlərlə qısa sorğu-sual edir. Bu mərhələdən sonra onlar təlimlərdə iştirak üçün dəvət edilir.

Cisco Network Academy, Microsoft Imagine Academy sertifikatı almaq imkanı

İştirakçıların təlimləri bitirdikdən sonra iş tapmalarına yardım etmək üçün 2 növ sertifikat nəzərdə tutulub:

“Mərkəzdə təlimdə iştirak edənlərin gələcəkdə bu sahədə iş tapmalarını asanlaşdırmaq üçün 2 növ sertifikat verilir. Belə ki, təlimlər
bitəndə imtahan təşkil edilir, imtahanın nəticəsinə uyğun olaraq iştirakçılara RYTN-in sertifikatı verilir. Bundan əlavə, hazırda
Mərkəzimiz beynəlxalq Cisco Network Academy adı almaq üzrədir. Eyni zamanda, Microsoft Imagine Academy adı almağa da hazırlaşırıq. Bu adları almaq isə Mərkəzdə rəsmi beynəlxalq imtahanlar keçirmək hüququ verir. Beləliklə, təlimi bitirənlərə tövsiyə edəcəyik ki, beynəlxalq
sertifikasiya imtahanına da qoşulsun. Bunula bağlı hazırda Microsoft, Cisco kimi şirkətlərin yerli nümayəndəlikləri ilə danışıqlar aparırıq. Beləliklə, bu beynəlxalq sertifikatı da alan şəxs artıq bazarada
rəqabətə davamlı mütəxəssis ola biləcək”.

Təlimdə iştirak edənlərin iş tapması üçün yeni imkan

Rauf Cabarov deyir ki, təlimləri bitirənlərin Mərkəzlə daim əlaqəsini təmin etmək üçün yeni layihə də nəzərdə tutublar:

“Təlimləri sayı artıqca, bu təlimlərə qatılanların da sayı artacaq. Bunu nəzərə alaraq, Mərkəzin təlimlərdində iştirak edənlərin
platformasını yaratmaq istəyirik. Bu, həm də onların bacarıqlarına ehtiyacı olan şirkətlərə də onları tapması üçün kömək edəcək.
Belə ki, sistemə hər bir şəxs haqda məlumatlar, aldığı sertifikatlar və bacardığı sahə barədə məlumatlar yerləşdiriləcək. Yəni, təlimlərdə
iştirak edənlərin bir bazası olacaq. Mütəxəssis axtaran şirkətlərin də bazaya çıxışı olacaq. Onlar sistemdə özlərinə lazım olan sahə
üzrə mütəxəssislərin axtarışını edə biləcək”.

Mərkəzin elan etdiyi təlimlər və digər məsələlər barədə məlumatlar Elektron Hökumət Təlim-Tədris Mərkəzin rəsmi saytından və sosial media profillərindən elan edilir:

“Mərkəzin təlimləri ilə bağlı daha çox Facebook, Instagram üzərindən məlumatlar yayımlayırıq. Bundan əlavə, internet saytlarımız da
var.
Onlar hazırda təkmilləşdirilir. E-traning.az təhsil portalı hazırda fəaliyyət göstərir. Mərkəz haqqında daha ətraflı məlumat almağa imkan
verəcək yeni bir saytımız da yaradılır. Təlimlərdə iştirak etmək istəyənlər saytda qeydiyyatdan keçib bizim onlayn kurslara qatıla da
bilər”.


fayl 20161222171941_slide-2.png