Elanlar

Əsas səhifə (home) > Elanlar
list
Sistem Administratoru olmaq istəyənlərin diqqəti bizdə olsun! 17.12.2016 11:41:43
“Fundamentals of a Windows Server® Infrastructure” təliminə qeydiyyat başlayır.

Mərkəzimiz tərəfindən sistem inzibatçılığı sahəsində karyera qurmaq istəyən tələbələr üçün ən uyğun təlim hazırlanmışdır. Təlimi bitirənlər Windows Server 2012 server infrastrukturunun qurulması üçün bütün lazımi bilikləri qazanacaqlar.

Tədrisə dekabr ayından start veriləcəkdir. Təlim həftədə 2 gün olmaqla 2 ay tədris olunacaq. Hər bir dərs 2 saat keçirilir.

Aylıq ödəniş 155 AZN.

Aşağıdakı güzəşt qruplarımız bu təlimlərdə aylıq 135 AZN ödəməklə iştirak edə biləcəklər:
- Tələbələr, dövlət qulluqçuları və rabitə işçiləri, eləcə də onların övladları

Təlimi uğurla bitirən tələbələr Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı ilə təltif ediləcəklər. Həmçinin, tələbələrimizin beynelxalq sertifikat əldə edəcəyinə zəmanət veririk. Bu beynəlxalq imtahanlar üzrə bütün zəruri konsultasiyaları bizim əməkdaşlardan alacaqsınız.

Dərslərin vaxtı qrup formalaşdırıldıqdan sonra müəyyən ediləcəkdir.
Dərslər nəzəri və praktiki hissədən ibarətdir. Dərslər zamanı praktiki məşğələlər Mərkəzin təlim serverləri üzərində həyata keçiriləcəkdir.
Təlim bu sahədə həm dövlət həm də özəl sektorda uzun illər çalışan peşəkar mütəxəssis tərəfindən keçiriləcəkdir.

Microsoft rəsmi tədris planına uyğun keçiriləcək təlim barədə ətraflı bütün məlumatı aşağıdakı linkdən öyrənə bilərsiniz:
https://goo.gl/vtU0ET
----------------------------------------------------------------------
e-GOV təlimləri – İT karyeranızı bizimlə qurun

telim@mincom.gov.az

(012) 505-01-13
(077) 505-01-13

www.e-training.az

Ünvan: Şərifzadə 241,
Yasamal ATS-nin yanı


Fayl 20161217114101_15095062_1163444113732048_1372535031863032597_n.png