Elanlar

Əsas səhifə (home) > Elanlar
list
“Təhlükəsiz İnternet Günü” ilə bağlı konfrans keçirilib 02.05.2018 16:04:06
Təhlükəsiz İnternet Günü (“Safer İnternet Day”) 2004-cü ildə “Avropa Birliyi Təhlükəsiz Sərhədlər” layihəsinin təşəbbüsü kimi irəli
sürülüb və artıq dünyada təxminən 130 ölkədə qeyd olunur. Hər ilin fevral ayının ilk həftəsində qeyd olunan bu günün əsas məqsədi
daha yaxşı və təhlükəsiz internet yaratmaq məqsədilə vətəndaş cəmiyyəti, dövlət və özəl təşkilatları təmsil edən bütün tərəflərin
əməkdaşlıq əlaqələrinin inkişafıdır.

Bu il Beynəlxalq Təhlükəsiz İnternet Günü 6 Fevral 2018-ci il tarixində “Hörmət və ehtiram dolu mühit yarat, qoşul və paylaş: Daha
yaxşı internet səndən başlayır” şüarı ilə qeyd edilir.

Ölkəmizdə də hər il Təhlükəsiz İnternet Gününə həsr edilən bir sıra tədbirlər keçirilir. Bu il də Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin birgə
təşkilatçılığı ilə “Təhlükəsiz İnternet Günü – 2018” konfransı keçirilib. Konfransda ali təhsil müəssisələrinin professor və müəllim heyəti,
dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatları və informasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı təhlükəsiz internetin vacibliyini qeyd
edib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə öz çıxışında təhlükəsiz internetin informasiya cəmiyyətinin
inkişafına təsirləri və bu sahə üzrə ölkəmizdə görülən işlərdən söz açıb.
Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor əvəzi Rauf Cabarov informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığı və müasir
peşələr haqqında danışıb.

Tədbirdə çıxış edən digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının tanınmış ekspertləri fərdi məlumatların internetdə
qorunmasının vacibliyi, müasir texnologiyaların informasiya təhlükəsizliyinə təsiri və beynəlxalq trendlər haqqında təqdimatla çıxış
ediblər.
Konfransda iştirak edən ali məktəb tələbələri də təhlükəsiz internetin müxtəlif aspektləri barədə fikirlər səsləndiriblər.



Fayl 20180206182903_920x282-safer.png