Elanlar

Əsas səhifə (home) > Elanlar
list
Adobe Photoshop üzrə təlimlərə start verilir 11.09.2018 11:29:25
Mərkəzimiz Adobe Photoshop üzrə təlimə start verir.

Adobe Photoshop təlimi qrafika ilə işləmək bacarığının formalaşdırılması üçün nəzərdə tutulub. İştirakçılar fotomontaj və yüksək
keyfiyyətli animasiyalı şəkillərin hazırlanması ilə məşğul olacaqlar. Bunlar fotomontajın əsas incəliklərini, müxtəlif qrafikaların redaktə
edilməsi, şəkillərin və portretlərin professional səviyyədə korreksiya edilməsini öyrənmək istəyənlər üçündür.

Təlimin müddəti:
- 2 ay
- həftədə 2 dəfə, 2 saat

Təlimin qiyməti (aylıq):
- 120 (ümumi)
- 100 (güzəştli)

QEYD: Güzəştli qiymətlər yalnız tələbələrə, rabitə işçiləri və övladlarına, dövlət qulluqçuları və övladlarına şamil olunur.

Ətraflı məlumat və qeydiyyat üçün mərkəzimizə yaxınlaşa və ya aşağıdakı əlaqə vasitələri ilə bizimlə əlaqə
saxlaya bilərsiniz:
info@e-training.az
(012) 505 01 13; (077) 505 01 13


Fayl 20171211194220_PHOTOSHOP.png