Daxil ol / Qeydiyyat
Login
Menu
Mərkəz haqqında
Mərkəz haqqında
Təlim mərkəzi haqqında
Salamlama
Təlimlər
Kurslara dair məlumat
Kurslara qeydiyyat
Mənim kursum
Mürəciət olunmuş təlim
Sistemdən istifadə
Kursa dair davamiyyət
İstifadə bələdçisi
Tez-tez verilən suallar
İstifadəçi bələdçisi
Elanlar
Əlaqə
Elanlar
Əsas səhifə (home) >
Elanlar
list
Nazirlik qrant müsabiqəsinin qaliblərini güzəştli “Elektron imza” ilə təmin edəcək
02.05.2018 16:04:57
Nazirlik qrant müsabiqəsinin qaliblərini güzəştli “Elektron imza” ilə təmin edəcək
568 NƏFƏRƏ ELEKTRON HÖKUMƏT HƏLLƏRİ ÜZRƏ PULSUZ TƏLİMLƏR KEÇİRİLƏCƏK
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron hökumət həllərinin və elektron xidmətlərin daha çox insana əlçatan olması üçün yeni təşəbbüslə çıxış edib.
Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun təşkil etdiyi 10-cu qrant müsabiqəsinin qalibləri “Elektron
imza”nı daha ucuz qiymətə əldə edə biləcəklər. Nazirliyin Məlumat Hesablama Mərkəzi 10-cu qrant müsabiqəsində qalib gəlmiş bütün
təşkilatlar və gənclər üçün “Elektron imza”nın qiymətlərinə 30% güzəşt edib.
Bundan başqa, qaliblərə Nazirliyin Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən “Elektron imza”nın istifadəsi üzrə bütün təlimlər
də ödənişsiz keçiləcək.
Qeyd edək ki, “Elektron imza”ların əldə edilməsi üçün fərdi gənclər və gənclər təşkilatları istənilən “Şəbəkə” xidmət mərkəzlərinə,
həmçinin “Elektron imza” qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 10-cu qrant müsabiqəsinin nəticələrinə əsasən 568 layihəni maliyyələşdirəcək.
İmzaların əldə edilməsi ilə əlaqədar www.e-gov.az , info@e-imza.az , 157 çağrı mərkəzi, təlimlərdə iştirak ilə əlaqədar isə
www.e-training.az , info@e-training.az , (012) 505-01-13, (077) 505-01-13 əlaqə vasitələri ilə məlumat almaq olar.
Fayl
20171003193917_nazirlik_gencler_fondu_e-imza.png
Elan siyahısı