Elanlar

Əsas səhifə (home) > Elanlar
list
“Hamı üçün İKT” sosial layihəsinə start veririk! 25.09.2017 17:24:39
“Hamı üçün İKT” sosial layihəsinə start veririk!

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri və məhdud fiziki
imkanlı məktəblilər və gənclər üçün kompüter biliklərinin inkişafına xidmət edən “Hamı üçün İKT” sosial layihəsinə start vermişdir.
Layihə Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən Bakı və regionlarda yerləşən təlim mərkəzlərində keçiriləcəkdir.

Layihə çərçivəsində 1000-ə yaxın şəxsin informasiya texnologiyalarından istifadə biliklərinin artırılması, ən vacib kompüter
proqramlarının öyrənilməsi və elektron hökumət həlləri üzrə bacarıqların inkişaf etdirilməsi məqsədilə ödənişsiz əsaslarla təlimlər
keçiriləcəkdir.
Təlimlərdə iştirak edənlər yeni biliklər əldə edəcək və şəxsi karyeralarını inkişaf etdirmək imkanı qazanacaqlar.

Layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Eyni zamanda, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi layihəyə dəstək verirlər. Layihənin digər dəstəkçisi “Microsoft Azərbaycan” layihə iştirakçılarına tədris məzmunu və
beynəlxalq sertifikat imtahanlarında ödənişsiz iştirak hüququ təqdim edir.

İlk təlimlərə sentyabrın 6-dan start verilmişdir. Bu təlimlər Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şamaxı, Şəki regional təlim
mərkəzlərində keçirilir. Təlimlərdə yaşından, ixtisasından asılı olmayaraq, hər bir kəs iştirak edə bilər.

Təlimlər 6 günlük kurslar şəklində təşkil olunur. Məşğələlər beynəlxalq sertifikatlı təlimçilər tərəfindən keçirilir. Təlimlərin yekunları üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim ediləcəkdir.

Elektron Hökumət Təlim-Tədris Mərkəzi kompüter və informasiya texnologiyaları sahəsində əhalinin biliklərinin artırılması məqsədilə
yaradılmış və innovativ texnologiyalardan istifadə etməklə 16 rayonda əhaliyə xidmət göstərir. Təlimlərə yazılmaq üçün yaxınlığınızda
yerləşən “Şəbəkə” xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Layihədə iştirak etmək və əlavə məlumat almaq üçün aşağıdakı vasitələrlə Mərkəz ilə əlaqə saxlamaq mümkündür: www.e-training.az, info@e-training.az, (012) 505-01-13, (077) 505-01-13


Fayl 20170925172336_sosial_layihe.png