Daxil ol / Qeydiyyat
Login
Menu
Mərkəz haqqında
Mərkəz haqqında
Təlim mərkəzi haqqında
Salamlama
Təlimlər
Kurslara dair məlumat
Kurslara qeydiyyat
Mənim kursum
Mürəciət olunmuş təlim
Sistemdən istifadə
Kursa dair davamiyyət
İstifadə bələdçisi
Tez-tez verilən suallar
İstifadəçi bələdçisi
Elanlar
Əlaqə
Elanlar
Əsas səhifə (home) >
Elanlar
list
Mərkəzimiz ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
02.05.2018 16:05:07
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Elektron Hökumət Təlim-Tədris Mərkəzi arasında təlim sahəsində qarşılıqlı tərəfdaşlıq və gələcək
perspektivlərin müəyyənləşdirilməsi ilə əlaqədar əməkdaşlıq müqaviləsi imzalanmışdır. Avqustun 10 tarixində Vergilər Tədris
Mərkəzinin Şamaxı şəhərində yerləşən inzibati binasında baş tutan imzalanma mərasimində Vergilər Nazirliyin Tədris Mərkəzinin rəisi Əli Həsənov və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabarov iştirak etmişlər.
Müqavilə tərəflər arasında əsas fəaliyyət istiqamətləri üzrə birgə təlim, seminar və digər tədbirlərin keçirilməsi, mütəxəssislərin
mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, metodiki dəstək və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və
inkişafı məqsədi ilə imzalanmışdır.
Tərəflər əsas fəaliyyət sahələri üzrə elmi və metodiki əməkdaşlığın əsasını qoymaq,vergi qanunvericiliyi və digər vergi məsələləri,
informasiya-kommunikasiya və yüksək texnologiyalar, eləcə də “Elektron hökümət”, elektron idarəçilik, elektron dövlət xidmətləri və
sahibkarlığın inkişafı mövzularında vergi ödəyiciləri arasında maarifləndirmə işini təşkil etmək, birgə tədbirlər, təlim və seminarlar
keçirməyi qərara almışlar.
Fayl
20170817121404_vergiler_ttm_muqavile.png
Elan siyahısı