Daxil ol / Qeydiyyat
Login
Menu
Mərkəz haqqında
Mərkəz haqqında
Təlim mərkəzi haqqında
Salamlama
Təlimlər
Kurslara dair məlumat
Kurslara qeydiyyat
Mənim kursum
Mürəciət olunmuş təlim
Sistemdən istifadə
Kursa dair davamiyyət
İstifadə bələdçisi
Tez-tez verilən suallar
İstifadəçi bələdçisi
Elanlar
Əlaqə
Elanlar
Əsas səhifə (home) >
Elanlar
list
Startapların inkişafı məqsədilə “Startap Yarat” təlimi keçiriləcək
05.05.2017 16:01:05
Startapçıların maarifləndirilməsi, onların inkişafı və ölkəmizin hər bir regionunda yeni startapların yaranması məqsədilə Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən startaplar üçün təlimlərə start verilir. Təlimlər 2-3 may tarixlərində
Bakı şəhərində Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə təşkil ediləcək.
Elektron Hökumət Təlim-Tədris Mərkəzinin regional mərkəzləri vasitəsilə Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıtda
fəaliyyət göstərən startapçılar və bu sahəyə marağı olan şəxslər telekonfrans vasitəsilə təlimlərdə iştirak etmək imkanı qazanacaqlar.
Təlimin əsas məqsədi yeni startapların yaradılmasını təşviq etmək və bu sahədə lazımi biliklərin öyrədilməsidir. Eyni zamanda
iştirakçılara startaplar üçün keçirilən müsabiqələrdə iştirak etmək imkanları, müsabiqələrdə layihələrin təqdim edilməsi yolları,
“pitching” və layihələrin video təqdimatlarının hazırlanması kimi bacarıqlar təqdim ediləcək.
Təlimlərdə uğurlu sahibkarlar, şirkət rəhbərləri, investorlar və beynəlxalq müsabiqələrdə iştirak təcrübəsi olan startapçılar maraqlı
mövzular üzrə təqdimatlarla çıxış edəcəklər. Bütün iştirakçılar və mövzular barədə təlimin proqramından ətraflı məlumatı əldə etmək
mümkündür.
Təlim Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Bakı şəhəri Şərifzadə 75 ünvanında yerləşən binasında keçiriləcəkdir.
Təlimlərdə iştirak üçün qeydiyyatdan keçmək lazımdır:
Bakı şəhəri üzrə: https://goo.gl/EKicOV
Digər regionlar üzrə: https://goo.gl/s3B2eo
linki vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.
“Startap Yarat” təlimlərində sizləri gözləyirik.
Fayl
20170425200941_startap_seminar1.png
Elan siyahısı