Daxil ol / Qeydiyyat
Login
Menu
Mərkəz haqqında
Mərkəz haqqında
Təlim mərkəzi haqqında
Salamlama
Təlimlər
Kurslara dair məlumat
Kurslara qeydiyyat
Mənim kursum
Mürəciət olunmuş təlim
Sistemdən istifadə
Kursa dair davamiyyət
İstifadə bələdçisi
Tez-tez verilən suallar
İstifadəçi bələdçisi
Elanlar
Əlaqə
Elanlar
Əsas səhifə (home) >
Elanlar
list
Elektron imzanı əldə edin və ondan necə istifadəni bizim Mərkəzdə öyrənin.
02.05.2018 16:05:54
Elektron imzanı əldə edin və ondan necə istifadəni bizim Mərkəzdə öyrənin.
Hər vətəndaşa və sahibkara lazım olan elektron imzanı indi daha rahat əldə etmək və dərhal bu imzadan necə istifadə etməyi
öyrənmək üçün təlimlərə qoşulmaq mümkündür.
Müasir dövrümüzdə elektron imza hər bir sahibkara lazım olan alətdir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün
işləri yerinə yetirməyə, sənədləri elektron formada imzalamağa və dövlət xidmətlərindən elektron formada istifadə etməyə imkan verir.
Elekton imzanı adi fləş kart formasında (USB token) əldə etmək mümkündür. Elektron imza tokeni sahibkarların işlərini bir qədər də
sadələşdirəcəkdir.
Bildiyiniz kimi 2017-ci il 1 aprel tarixindən "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" xidmətinə müraciət
“Elektron imza” vasitəsi ilə aparılır. Elektron imzanı əldə edən sahibkarlar bütün elektron xidmətlərindən rahatlıqla istifadə edəcək və
elektron hesabatları vaxtında dövlət orqanlarına təqdim edəcəklər.
Elektron imzaya malik olan hər bir şəxs ödənişsiz təlimlərdə iştirak edə bilər. Təlimlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən təşkil olunur. Təlimlərin məqsədi elektron imzanın istifadəsi qaydaları,
elektron imzanın əhəmiyyəti, istifadə dairəsi və vacibliyi barədə məlumatların təqdim edilməsidir.
Təlimlərdə iştirak üçün (012, 077) 5050113 nömrəli telefonlar və telim@e-training.az e-poçt vasitəsilə əlaqə saxlayın.
Fayl
20170421120256_e-imza.png
Elan siyahısı