Elanlar

Əsas səhifə (home) > Elanlar
list
Mərkəzimiz tərəfindən Universitetlərdə seminarlar keçirilmişdir 02.05.2018 16:04:51
Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən İnformasiya texnologiyaları sahəsində karyera qurmaq istəyən universitet tələbələri
ilə görüşlər keçirilmişdir.

Mərkəzimiz tərəfindən Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad
Universiteti, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti və Azərbaycan Universitetlərində "İT KARYERANIN İNKİŞAFI" mövzusunda seminarlar keçirilmişdir.

Seminarlar gələcək mütəxəssislərin İT bilikləri, karyera seçimlərinin aşılanması, həmçinin “Elektron hökumət”, elektron xidmətlər,
elektron imza, elektron sənəd və s. barədə geniş məlumatlandırılması məqsədi daşımışdır.

Seminarlarda Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabarov İT sahəsinin müasir
dünyada tutduğu üstün mövqedən, bu sahənin inkişafı ilə bağlı gözləntilərdən söz açmışdır. O, sahə üzrə peşəkarların
yetişdirilməsinə göstərilən dəstək və mərkəzin bu sahədə fəaliyyəti ilə bağlı ətraflı məlumat vermişdir.


Keçirilən tədbirlər tələbələrin eləcə də müəllim heyətinin böyük marağına səbəb olmuşdur.



Fayl 20171009194543_20170526162234_920282.png