Elanlar

Əsas səhifə (home) > Elanlar
list
Mərkəzimiz məktəbli proqramına start verir! 11.09.2018 11:30:01
Övladınızı məktəbli proqramına gətirməklə onun erkən yaşından peşəkar biliklərə sahib olmasına kömək edə bilərsiz.

Təlimlərdə sizin övladınız vaxtını səmərəli keçirəcək, yeni dostlar ilə tanış olacaq və ən əsası vacib biliklər qazanacaq.
Rahat təlim qrafiki, əyləncəli metodlarla işləməyi bacaran peşəkar müəllimlər, müasir avadanlıqlar ilə təmin edilmiş və çox
rahat dərs otaqları sayəsində övladlarınız həvəslə yeni biliklər qazanacaqlar.

Məktəbli proqramı erkən yaşdan İT peşələrinə yiyələnmək fürsətidir.
Təcrübəli müəllimlərimiz uşaqlara kompüter texnologiyalarını, ofis proqramlarını, saytlar yaratmağı və proqramlaşdırmanı,
kompüter qrafikasını, müasir xarici dillərinin öyrənilməsini, foto və videoçəkilişlərin aparılmasını öyrədəcəklər.

Təlimlərimiz iki qrup üçün həyata keçirilir.
8–11 yaş uşaqlar kiçik qrup və 12-14 yaş uşaqlar böyük qruplarda təlim alacaqlar.

Müxtəlif təlim proqramları ilə aşağıdan tanış ola bilərsiniz.

1. Ofis Proqramları təlimi:
Təlimdə Microsoft Word, Excel, PowerPoint proqramlarını 3 ay müddətində 24 dərsə tam olaraq övladınıza öyrədirik.Təlimin aylıq
qiyməti 35 manatdır.İstədiyiniz təqdirdə övladınız təklif edilən proqramlardan yalnız birini öyrənə bilər.

2. Kompüter texnologiyası:
Təlimdə ən lazım olan kompüter texnologiyaları övladınıza öyrədiləcək. Təlimin müddəti 16 dərs 2 aydır. Təlimin aylıq qiyməti 35
manatdır. Təlim müddətində övladınıza fərdi kompüterin müasir istifadəçi kursu, əməliyyat sistemlərinin əsasları,Windows və Linux
əməliyyat sistemlərindən istifadə, internətdən və axtarış sistemlərindən istifadə, fərdi kompüterin aparat və proqram təminatı
əyləncəli metodlarla tədris ediləcək.

3. Dil kursları:
Müasir dövrümüzdə bütün uşaqlar bir neçə xarici dil bilməlidirlər. Bu məqsədlə Mərkəzimizdə ingilis və rus dilinin tədrisi aparılır.
Təlimin qiyməti aylıq 45 manatdır və hər bir səviyyə iki ay müddətində övladınıza tam öyrədilir. Təlimin ümumi müddəti sizin
seçiminizdən asılı olaraq dəyişir. Belə ki, hər bir xarici dil 6 səviyyədən ibarətdir.

4. Dizayn və Qrafika:
Kompüter dizayn və qrafikasının erkən yaşlardan öyrənmək övladınızın gələcəyi üçün ciddi investisiyadır. Bu təlimləri uğurla
bitirdikdən sonra uşaqlar gələcəkdə bu sahə üzrə asanlıqla karyera qura bilirlər. Təlim 3 ay müddətində davam etdirilir və aylıq
ödəniş 55 manat təşkil edir. Uşaqlar dizayn studiyada qrafik redaktorlar ilə işləyəcək, ən populyar qrafik redaktor olan Adobe
Photoshop proqramını öyrənəcək, video tərtibat və video-montajın əsaslarına yiyələnəcəklər.

5. Kodlaşdırma
Müasir dövrümüzdə kodlaşdırmanı erkən yaşlardan öyrənmək tövsiyə edilir. Övladınız erkən kodlaşdırmağa bizimlə başlaya bilər.
Təlimə qatılmaqla övladınız kodlaşdırma biliklərinə qısa zamanda sahib olacaq və böyüdükcə daha mürəkkəb proqram dillərini
öyrənəcək.
Təlim 3 ay müddətində davam edəcək və aylıq ödəniş 65 manat təşkil edir. Bu dövrdə uşaqlar veb proqramçılığı, HTML və CSS
dillərini öyrənəcək və təlimin sonunda veb saytlar yaratmağı biləcəklər.

6. Robototexnika
Bu təlim erkən yaşlardan uşaqlarda mühəndislik vərdişləri yaratmaq üçün qurulub. Uşaqlar bu təlimdə elm və texnologiyaların
vəhdətini öyrənəcəklər. Onlar kiçik robotları proqramlaşdıracaq və onların qurulmasında iştirak edəcəklər. Bu təlim 2 ay müddətində
davam edəcək və aylıq ödəniş 75 manat təşkil edir. Təlimin proqramı robototexnikanın əsasları və robototexnika (arduino)
proqramlaşdırma sahələrindən ibarətdir.

İştirakçılar: uşaqlar öz yaşlarına uyğun olaraq kiçik qruplara bölünəcək və məktəbdən sonra yaxud əvvəl bizim təlimlərdə iştirak
edəcəklər.

Təlim dili: həm azərbaycan həm də rus dillərində təlimlər keçirilir.

Sertifikat: Təlimin sonunda uşaqlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris
Mərkəzinin sertifikatları ilə təltif ediləcəklər.

Ətraflı məlumat və qeydiyyat üçün:
(012 və 077) 5050113 nömrəli telefonlar və info@e-training.az e-poçt vasitəsilə əlaqə saxlayın.

Ünvanımız: Yasamal rayonu, Şərifzadə 241, Yasamal ATS-nin yanı



Fayl 20170324133004_mektebli-proqrami.png