Elanlar

Əsas səhifə (home) > Elanlar
list
Sistem İnzibatçılığı üzrə təlimlərə start verilir! 11.09.2018 11:29:17
Mərkəzimiz informasiya texnologiyaları sahəsində biliklərini artırmaq istəyənlər üçün Sistem İnzibatçılığı kursunu təqdim edir!

Sistem İnzibatçılığı sahəsində karyera qurmaq istəyən tələbələr üçün ən uyğun təlim hazırlanmışdır. Təlimdə Windows Server
əməliyyat sistemlərinin infrastrukturunun qurulması üçün bütün lazımi biliklər veriləcəkdir.

Təlimi uğurla bitirən tələbələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı ilə təltif ediləcəklər.

Təlim aşağıda göstərilən proqram üzrə tədris edilir.
- Fundamentals of a Windows Server Infrastructure
- Windows Server 2012 Installing and Configuring
- Windows Server 2012 Administering
- Windows Server 2012 Configuring Advanced Services

İştirakçılar: İT mütəxəssislər

Texnologiya: Windows Server

Dərs metodu: Təlimçi rəhbərliyi ilə nəzəri dərslər, virtual və real laboratoriya tapşırıqları

Müddət: 96 saata qədər – 6 ay

Təlim dili: Azərbaycan

Dərslik: Windows Server rəsmi ingilis dilində olan dərslik

Qiymətlər (aylıq):
- 200 azn (ümumi)
- 150 azn (digərləri)

QEYD: Digər qiymətlər yalnız tələbələrə, rabitə işçiləri və övladlarına, dövlət qulluqçuları və övladlarına şamil olunur.

Ətraflı məlumat üçün:
Bizimlə (012, 077) 5050113 nömrəli telefonlar və info@e-training.az e-poçt vasitəsilə əlaqə saxlayın.



Fayl 20170316145254_sistem_inzibatciligi.png