Mərkəz haqqında

Əsas səhifə (home) > Mərkəz haqqında > Mərkəz haqqında

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "ELEKTRON HÖKUMƏT TƏLİM-TƏDRİS MƏRKƏZİ"


● Ünvan : Şərifzadə küçəsi 241

● Poçt indeksi: AZ 1138

● Telefon: (012) 505 01 13
                 (077) 505 01 13

● E-mail: info@e-training.az

● Sayt: www.e-training.az

● Elektron Hökumət Təlim-Tədris Mərkəzi haqqında məlumat:

Mərkəz haqqında məlumat

Haqqımızda

Əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqların inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan respublikasının Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli 389 saylı Qərarı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində «E-Hökumət Təlim-Tədris Mərkəzi» MMC yaradılmışdır. Mərkəz 15 avqust 2016-cı ildə dövlət qeydiyyatına alınmış və vətəndaşlara xidmət göstərməyə başlamışdır. Mərkəzin əsas binası Bakı şəhərində yerləşir, o cümlədən ölkə üzrə 15 regionda cəmi 17 Mərkəz ( Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Qusar və Şəki) fəaliyyət göstərir. Onlayn Təhsil Portalı (www.e-training.az) vasitəsilə bütün regional mərkəzlər üçün real vaxt rejimində distant təlimlər keçirilir.


Xidmətlər:


  • Əhali, dövlət qulluqçuları və dövlət müəssisələrinin əməkdaşları üçün informasiya texnologiyaları və elektron idarəçilik üzrə təlimlərin təşkili;
  • İnsan resurslarının davamlı inkişafının təmin olunması məqsədilə təlim-tədrisin təşkili;
  • "Elektron hökumət” həllərinin tətbiqinə, “elektron hökumət” xidmətlərinin təkmilləşdirilməsinə dəstək verilməsi və əhalinin maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması;
  • İnformasiya cəmiyyəti, “elektron hökumət” və elektron idarəçilik sahəsi üzrə təlim-tədris işləri ilə məşğul olan təşkilatlar və şəxslər ilə qarşılıqlı əməkdaşlığın qurulması və təbliğat xarakterli layihələrin həyata keçirilməsi;
  • Əhalinin informasiya texnologiyalarından təhlükəsiz istifadə mədəniyyətinin yüksəldilməsi üçün təlimlərin təşkili;
  • Audio, video, multimedia işinin təşkili, idarə olunması və Mərkəzin HD standartlı video-studiyası vasitəsilə multimedia xidmətlərin təşkili.